Lumos School of Data
Biz 1991-ci ildə yaradılmış və özündə sənət, humanitar, sosial elmlər, memarlıq, mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, menecment və biznesin idarəedilməsi kimi müxtəlif təhsil sahələrini cəmləşdirən , ümumi bir akademik siyasət və prinsiplər əsasında birləşdirilmiş bir neçə müstəqil məktəbdən ibarət Azərbaycanın ilk universiteti olan Xəzər Universitetinin genişləndirilmiş məktəbiyik.
Hal-hazırda bir neçə istiqamətdə müxtəlif növ İT kursları təşkil edirik. Əsas amalımız sizi informasiya texnologiyaları kursları vasitəsi ilə gələcəyə hazırlamaqdır. Statistik modellərin qurulmasından proqramlaşdırmaya, vizuallışdırmadan machine learning-ə qədər fərqli sahələrdə məzun sertifikatlı İT kursu təklif edirik. Məhsul dizaynından maliyyə sahəsinədək fərqli sektorlarda sizə üstünlük qazandıracaq biliklərə sahib ola bilərsiniz. Bizimlə siz Data Science-ın və Machine Learning-in əsaslarını öyrənərək gələcək karyeranızı yüksəldə və eyni zamanda çözülməsi çətin olan məsələlərə fərqli üslubda həll yolu tapa bilərsiniz. Eyni zamanda portfelimizi biraz da genişləndirərək bir neçə yeni istiqamətdə it dərsləri təşkil etdik. Dünyada baş verən yenilikləri və bir çox qabaqcıl şirkətlərin tələblərini nəzərə alaraq 3 fərqli istiqamətdə İT kursları təklif edirik. Bunlar günümüzdə ən çox tələb olunan ixtisaslardan olan Full Stack Python proqramçısı, Java proqramçısı və Tableau Specialist kurslarıdır. Ən başlıca missiyamız təhsil və tədqiqat sahələri üçün bir nömrəli Data Science mərkəzinə çevrilməkdir.
Our Process
-
1. İlkin əlaqə
Saytımızda qeydiyyatdan keçdikdən sonra növbəti mərhələni təyin etmək məqsədilə sizinlə əlaqə saxlayacağıq.
-
2. Qəbul imtahanı
Data Science səviyyəniz giriş imtahanımızda yoxlanılacaq. Eyni zamanda təhsil haqlarında endirim əldə etmək üçün yaxşı bir imkandır.
-
3. Müsahibə
Nə qədər istedadlı olduğunuzu və hansı İT kursları arasında hansı proqramın sizin üçün daha uyğun olduğunu öyrənmək üçün sizinlə müsahibə keçiriləcək.
-
4. Təcrübə
Dərslərimiz sizin asudə vaxtınıza və tədris planınıza əsaslanır. Sizə ən uyğun vaxtı və inkişafınız üçün ən yaxşı və aktual mövzuları seçirik.
-
5. Capstone Project
Kursumuzu uğurla tamamlamaq üçün sizə təqdim edilən mövzular arasında ən uyğununu seçərək bizə təqdim edirsiniz. Daha sonra bu movzuda etdiyiniz araşdırma və dissertasiya işinizi ən yaxşı məsləhətçilərin köməyi ilə müdafiə edəcəksiniz.