
Lumos Shool of Data
Biz 1991-ci ildə yaradılmış və özündə sənət, humanitar, sosial elmlər, memarlıq, mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, menecment və biznesin idarəedilməsi kimi müxtəlif təhsil sahələrini cəmləşdirən , ümumi bir akademik siyasət və prinsiplər əsasında birləşdirilmiş bir neçə müstəqil məktəbdən ibarət Azərbaycanın ilk universiteti olan Xəzər Universitetinin genişləndirilmiş məktəbiyik.
Hal-hazırda bir neçə istiqamətdə müxtəlif növ İT kursları təşkil edirik. Əsas amalımız sizi informasiya texnologiyaları kursları vasitəsi ilə gələcəyə hazırlamaqdır. Statistik modellərin qurulmasından proqramlaşdırmaya, vizuallışdırmadan machine learning-ə qədər fərqli sahələrdə məzun sertifikatlı İT kursu təklif edirik. Məhsul dizaynından maliyyə sahəsinədək fərqli sektorlarda sizə üstünlük qazandıracaq biliklərə sahib ola bilərsiniz. Bizimlə siz Data Science-ın və Machine Learning-in əsaslarını öyrənərək gələcək karyeranızı yüksəldə və eyni zamanda çözülməsi çətin olan məsələlərə fərqli üslubda həll yolu tapa bilərsiniz. Eyni zamanda portfelimizi biraz da genişləndirərək bir neçə yeni istiqamətdə it dərsləri təşkil etdik. Dünyada baş verən yenilikləri və bir çox qabaqcıl şirkətlərin tələblərini nəzərə alaraq 3 fərqli istiqamətdə İT kursları təklif edirik. Bunlar günümüzdə ən çox tələb olunan ixtisaslardan olan Full Stack Python proqramçısı, Java proqramçısı və Tableau Specialist kurslarıdır. Ən başlıca missiyamız təhsil və tədqiqat sahələri üçün bir nömrəli Data Science mərkəzinə çevrilməkdir.




Lumos School of Data ixtisaslaşmış tədris prosesi ilə və özünə məxsus dərs metodikaları ilə mənim Data Science-a olan həvəsimi artırdı və daha da dərindən bu peşəyə sahib olmağım üçün mənə çox dəstək oldu. Öz şəxsi təcrübəmdən deyə bilərəm ki, Azərbaycanda bu ixtisası öyrənmək üçün Lumos school of Data-ni seçmək kifayətdir.
Ruslan AhmadovSkyTech LLC - Junior Data Analyst

Machine learning, Deep Learning və digər sahələrdə bir çox şeyləri öyrənməyində bu kursun əvəzedilməz köməyi oldu. İnsanların Data Scientist kimi yetişdirilməsində əməyi olan Lumos məktəbinə təşəkkür edirəm
Ahmad AhmadzadeKapital Bank - Data Science Specialist

Bu kurs Data Science-ın fundamental biliklərinə yiyələnmək üçün təşkil olunmuş yüksək səviyyədə bir kursdur. Bu kurs sayəsində hem yeni işə başlayanlar həm də, bu sahədə peşəkar olanlar yeni yeni təcrübələr əldə edə bilərlər. Həm mentorların həm də, asan dildə yazılmış materialların sayəsində bu kursu dərk etmək çox sadədir.
Dinara RzayevaKapital Bank - Manager in Analytics and cordination division

Mənim üçün data science sahəsini dahada maraqlı edən əsas üç amil var: kəşf, anlayış və yenilik. Hər üç amili Lumosun təşkil etdiyi kursda gördüm. Biliyimi və bacarığımı uğurla artırmağa davam edirəm.
Dinara KhudjatovaPasha Insurance - Strategic Management Specialist

Lumosda ən çox bəyəndiyim ruh yüksəkliyi və təhsil mədəniyyətidir. Fasilələr zamanı və dərslərdən sonra tələbələrlə yeni bacarıqlarımızı müzakirə edir və bu yeniliklərin insanlar üçün nə qədər möhtəşəm şeylər yaradıla biləcəyini danışırıq. Burada tələbə olmağım məni həqiqətən həyəcanlandırır və əldə etdiyim bilikləri çalışdığım şirkətin gələcək mənafeyi üçün istifadə edəcəyim günü səbirsizliklə gözləyirəm.
Davud SamadovPasha Bank - Junior Product Owner

Düşüncəmdə ölkəmizdə alternativi olmayan ən yaxşı Data Science kursudur. Bu sahədə yetəri qədər təcrübəyə malik güclü komandanın olması və ən yeni texnologiyaların istifadəsi öyrənmə prosesini olduqca sürətli və keyfiyyətli edir.
Nabi NabiyevSkyTech LLC - Junior Data Analyst
Our Process
-
1. İlkin əlaqə
Saytımızda qeydiyyatdan keçdikdən sonra növbəti mərhələni təyin etmək məqsədilə sizinlə əlaqə saxlayacağıq.
-
2. Gəbul imtahanı
Data Science səviyyəniz giriş imtahanımızda yoxlanılacaq. Eyni zamanda təhsil haqlarında endirim əldə etmək üçün yaxşı bir imkandır.
-
3. Müsahibə
Nə qədər istedadlı olduğunuzu və hansı proqramın sizin üçün daha uyğun olduğunu öyrənmək üçün sizinlə müsabihə keçiriləcək.
-
4. Təcrübə
Dərslərimiz sizin asudə vaxtınıza və tədris planınıza əsaslanır. Sizə ən uyğun vaxtı və inkişafınız üçün ən yaxşı və aktual mövzuları seçirik.
-
5. Capstone Project
Kursumuzu uğurla tamamlamaq üçün sizə təqdim edilən mövzular arasında ən uyğununu seçərək bizə təqdim edirsiniz. Daha sonra bu movzuda etdiyiniz araşdırma və dissertasiya işinizi ən yaxşı məsləhətçilərin köməyi ilə müdafiə edəcəksiniz.