Blog Details

    17th September 2019

    Əsrin ən maraqlı peşələrindən biri üzrə təhsil proqramına start verilir – AZƏRBAYCANDA İLK DƏFƏ

    Xəzər Universiteti tərəfindən növbəti dəfə Azərbaycanda bir ilkə imza atılır. 21-ci əsrin ən maraqlı peşələrindən biri sayılan Data Science üzrə bir illik təhsil proqramına start verilir.

    Beynəlxaq təcrübəyə malik peşəkar müəllimlər tərəfindən hazırlanmış təhsil proqramı, özündə bu sahənin bütün zəruri məlumatlarını toplayaraq hər bir tələbəyə Data Science sahəsində lazımi və əsas biliklərə yiyələnməyə və bu bilikləri təcrübədə istifadə etməyə kömək edəcəkdir.

    Layihənin şərik sahibi və rəhbəri İsayev Abdulla yeni layihə haqqında qısa məlumat verdi:

    -Yeni layihəmizin adı “Lumos School of Data”-dir. Əsas məqsədimiz ölkəmizdə və regionda məlumat-əsaslı texnologiyaların inkişafına təkan vermək və bu sahədə yeni mütəxəssislər yetişdirməkdir. Texnologiya sahəsindəki bir neçə illik təcrübəmə dayanaraq deyə bilərəm ki, hal-hazırda korporativ sektorun Data Science və Data Analitika üzrə mütəxəssislərə böyük tələbi var. Maliyyə, telekommunikasiya və neft sahələrində fəaliyyət göstərən şirkətlər məlumatların analizi məqsədi ilə yeni şöbələr yaradaraq dayanmadan bu sahə üzrə yeni mütəxəssislərin axtarışındadırlar. Son araşdırmalarımıza əsasən deyə bilərəm ki, bu sahədə ciddi mütəxəssis çatışmamazlığı var.

    Artıq biz varıq. Data Science sahəsində lazımi əsas biliklərə yiyələnmək istəyirsinizsə gecikmədən web səhifəmizə daxil olaraq qeydiyyatdan keçin.

    Bildirmək istəyirəm ki, təhsil keyfiyyətinin yaxşılaşdırılması və riyazi bilik səviyyəsinin ölçülməsi məqsədi ilə tələbələr, kiçik bir imtahandan keçməli olacaqlar. İmtahanı uğurla keçməyən tələbələr yalnız, təklif etdiyimiz “Math for Data Science” kursunu tamamladıqdan sonra “Data Science” kursuna başlaya biləcəklər. Kursu bitirdikdən sonra hər bir tələbə Xəzər Universiteti tərəfindən məzun sertifikatı ilə təltif olunacaqdır.

    Eyni zamanda ölkəmizin bir çox qabaqcıl şirkətləri layihəmizin tərəfdaşlarıdırlar. Bu da öz növbəsində tələbələrə real data üzərində təcrübə qazanmaq və karyeralarında yeni addımlar atmaq üçün geniş imkanlar yaradır.

    www.lumos.az

    Nə üçün Data Science?

    Müasir zamanda, dünyada və ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl şirkətlər məlumat-əsaslı texnologiyaların yəni, süni intelekt və avtomatlaşdırmanın həyatımıza nə qədər dəyər qatdığını görür və bu texnologiyaların gələcəkdə iqtisadiyyatın və korporativ sektorun inkişafına verəcəyi tövhədən xəbərdardırlar. Məlumat yeni “neftdir”.

    Data Scientist kimdir?

    Data Scientist kompüter programı, statistika və riyazi biliklərin köməyi ilə böyük məlumat toplusundan mənalı anlayışları əldə edən şəxsdir. Misal üçün, data scientist müştəri xarakteristikası üzərində toplu təhlil aparaq marketinq kompaniyası barədə məlumat, maşın öyrənməsi modeli yaradaraq müxtəlif xəstəliklər barədə diaqnoz verə bilər.

    Data Scientist-in görə bildiyi bəzi maraqlı işlər:

    – Hədəfli marketinq kampaniyaları məqsədi ilə müxtəlif müştərilərin xarakteristikalarını və unikal alış-veriş davranışlarını müəyyən etmək.

    – Vaxt seriyası modellərini istifadə edərək gələcək tələbləri və istehsalat gücünü müəyyən etmək.

    – Maşın öyrənməsi modeli yaradaraq radioloji şəkillər üzərində müxtəlif xəstəlikləri aşkar etmək.

    – Müştərilərin istəklərinə uyğun yeni malları tövsiyyə edən mühərriki yaratmaq ( Amazon-da “Tövsiyyə Olunan Mallar” kimi)

    – Maşın öyrənməsini, süni intelekt layihələrində tətbiq edərək, özünü idarə edən avtomobil yaratmaq.

    Data Science-ı mütləq öyrənmənin ən əsas 4 səbəbi nədir?

    1. Bu sahənin inkişaf tendensiyası və getdikcə artan maraq.

    Ümumilikdə baxsaq son illərdə məlumat elminin inkişaf tendensiyası, ümumi informasiya texnologiyalar sahəsindən 6 dəfə daha tez gedir. Bazar mütəxəssislərinin rəylərinə əsasən, gələcək illərdə məlumat elmi (Data Science) sahəsi eyni inkişaf sürətini saxlayaraq digər informasiya texnologiyalar sahələrini böyük fərqlə üstələyəcəkdir. Əgər siz də ən sürətlə böyüyən İT sahələrindən birində karyera qurmağı planlaşdırırsanızsa Data Science-dan daha yaxşı alternativ ola bilməz.

    2. Müxtəlif sahələrə eyni zamanda uyğunlaşması

    Marketinq sahəsindən səhiyyə sahəsinə qədər, demək olar ki hər bir sənaye, Maşın Öyrənməsi və Məlumat Analizi kimi yeni nəsil texnologiyaların, istifadəçiləridir. Bir çox şirkətlər artıq əməliyyat və müxtəlif müştəri yönümlü funksiyalar üçün alqoritmik modellərdən istifadə edir. Bank sahəsində hər zaman müxtəlif növ risklər mövcuddur. Bu cür sahələrdə, Data Science problemlərin və yarana biləcək risklərin aradan qaldırılması, müştəri məlumatlarının idarə olunması üçün geniş stifadə edilir. Günümüzdə, QuantumBlack şirkəti tərəfindən yaradılmış bir proqnozlu maşın öyrənmə modeli, istifadəsinin ilk həftəsində ümumi dəyəri 100,000 dollar olan saxta əməliyyatlar aşkar etmişdir.

    3. Mütəxəssislərə olan yüksək tələb

    Məmulat elmi sahəsində müəyyən biliyə sahib olan mütəxəssislər üçün iş tələblərinin sayı davamlı olaraq artır. Tələbin sürətlə artmağına baxmayaraq bu sahədə bacarığı olan mütəxəssislərin sayı olduqca aşağıdır. Bu o demakdir ki bu sahədə fürsətlər sonsuz ola bilər. Bizim də başlıca məqsədlərimizdən biri ən azından ölkəmizdə olan tələbi ödəməkdir.

    4. Sonsuz imkanlar

    Məlumat mühəndisindən – biznes analitikinə, vizualizasiya mütəxəssisindən –  maşın öyrənməsi ekspertinə və təhlil məsləhətçisindən – həll memarına dək geniş seçimi olan bir sahədir. Data Science hər bir mütəxəssisə gələcək karyera yolunu öz maraq və istəklərinə uyğun olaraq seçmək imkan tanıyır. Yeni nəsil məlumat biliklərinə sahib olan mütəxəssislər çox asanlıqla şirkətlərin aparıcı mütəxəssislərinə çevrilə bilir, çünki məlumat şirkətlərin ən dəyərli aktividir.

    Hal-hazırda yerlərimiz məhduddur. Qeydiyyatdan keçmək üçün veb səhifəmizə daxil olaraq təqdim olunan formanı doldurun. Ən qısa zamanda əməkdaşlarımız sizinlə əlaqəyə keçəcəkdir.